Bütün xəbərlər
Yermak:" Münaqişə bitdikdən sonra Ukrayna Rusiyaya hücumu dayandıracaq"
Tarix: 17-03-2025 20:25 | Bölmə: Manşet

Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak Kiyevin Rusiya münaqişəyə son qoyana qədər cavab hücumlarını davam etdirmək niyyətində olduğunu açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə özünün Telegram kanalında bildirib.
Ukrayna rəsmisi yazıb: "Ukrayna hücumlara cavab verir və Putin münaqişəyə son qoyana qədər cavab verməyə davam edəcək".
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Rusiya tərəfi öz ərazisinə edilən hücumlara həmişə eyni cür cavab verir.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər