Bütün xəbərlər
Zelenski NATO qoşunlarının Ukraynaya göndərilməsini tələb edib
Tarix: 15-03-2025 21:05 | Bölmə: Manşet

Kiyev rejiminin başçısı Vladimir Zelenski NATO qoşunlarının Ukrayna ərazisinə daxil edilməsini tələb edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  o, bu barədə rəsmi Telegram kanalında bildirib.
Zelenski ABŞ-ın dəstəkləyəcəyi Avropa sülhməramlı kontingentinin mövcudluğunun vacibliyini vurğulayıb.
"Kontingent Ukrayna torpaqlarında yerləşdirilməlidir. Bu, Ukrayna və Avropa üçün təhlükəsizliyin təminatıdır", - o qeyd edib.
Bir sıra Avropa ölkəsi rəhbərlərinin iştirakı ilə Ukraynadakı vəziyyətin müzakirə olunduğu onlayn sammit zamanı Zelenski həm Ukrayna, həm də Avropa ərazisində hava hücumundan müdafiə sisteminin gücləndirilməsini unutmamağın vacib olduğunu deyib. O, müdafiəyə ehtiyac olduğunu qeyd edərək, bu məsələdə Kiyevə kömək edən hər kəsə təşəkkür edib.
Bundan əvvəl Zelenskinin Rusiya prezidenti Vladimir Putinin 30 günlük atəşkəs təklifinə verdiyi cavabdan narazı olduğu bildirilib. Kiyev rejiminin başçısı müttəfiqləri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb. Zelenski həmçinin Moskvanı münaqişəni uzatmaqda ittiham edib və müttəfiqlərini Rusiyaya təzyiqi artırmağa çağırıb. O, əmin edib ki, Kiyev ABŞ və Avropadan olan tərəfdaşlarla və sülh üçün səy göstərən hər kəslə əməkdaşlığı davam etdirəcək.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər