Bütün xəbərlər
Lukaşenko: "Putin bu gün və sabah Ukrayna məsələsində yaxından işləməli olacaq"
Tarix: 13-03-2025 20:02 | Bölmə: Manşet

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya-Belarus danışıqlarının yekunlarına dair mətbuat konfransında bildirib ki, Rusiya prezidenti Vladimir Putin “bu gün və sabah” Ukrayna münaqişəsi üzərində yaxından işləməli olacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Lukaşenkonun bildirdiyinə görə, Putinlə danışıqlar zamanı tərəflər digər məsələlərlə yanaşı, Ukrayna münaqişəsini də müzakirə ediblər.
“Vladimir Vladimiroviç yəqin ki, bu gün və sabah bu məsələ üzərində yaxından işləməli olacaq”, - Belarus lideri bildirib.
Lukaşenko bir qədər əvvəl Ukrayna münaqişəsinin nizamlanması məsələsində Rusiyaya təzyiq göstərməyin mümkün olmadığı fikrini bildirib.



Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər