18:26 / 09-03-2025
İnzibati bina yanır
Bütün xəbərlər
Zelenski Səudiyyə Ərəbistanına gedəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Tarix: 08-03-2025 22:01 | Bölmə: Manşet

Kiyev rejiminin başçısı Vladimir Zelenski ABŞ nümayəndələri ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına gedəcək Ukrayna nümayəndə heyətinin iştirakçılarının adlarını açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Telegram"da o, Ukraynanı onun ofisinin rəhbəri Andriy Yermak və onun müavini Pavlo Palisa, xarici işlər naziri Andriy Sybiha və müdafiə naziri Rustem Umerovun təmsil edəcəyini bildirib.
Bundan əvvəl Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff qeyd edib ki, Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə münaqişənin sülh yolu ilə nizamlanmasının əsasları və 6 aylıq atəşkəsə nail olmaq imkanları müzakirə olunacaq.
Martın 7-də Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Kiyev və Vaşinqton arasında danışıqların Ciddə şəhərində aparılacağını təsdiqləyib.Media onların gələn həftə baş tutacağını təklif edir.



Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər