Bütün xəbərlər
"Yonhap": Cənubi Koreya prezidenti Yoon Seok Yeol prokurorluğun qərarından sonra sərbəst buraxılacaq
Tarix: 08-03-2025 13:26 | Bölmə: Manşet

Cənubi Koreya prokurorları prezident Yoon Seok Yeolun həbs müddətinin uzadılması tələbinə qarşı məhkəmə qərarından sonra azadlığa buraxılması barədə qərar qəbul edib. 

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Yonhap" xəbər agentliyinin məlumatına görə, o, şənbə günü həbsdən azad olunacaq.
Şənbə günü xəbər verildiyi kimi, fövqəladə vəziyyətlə məşğul olan xüsusi prokurorluğun qərargahı bu gün prezident Yoonun Seul həbsxanasından buraxılması barədə əmr verdiyini açıqlayıb.
"Yonhap" vurğulayıb ki, onun azadlığa buraxılması ilə bağlı qərar məhkəmənin onun yanvarın 15-dən bəri davam edən həbsini ləğv etməsindən 27 saat sonra verilib. RİA Novosti xəbər verir ki, Cənubi Koreya prokurorları prezident Yoon Seok Yeolun həbsdən azad edilməsinə yol açaraq hökmdən şikayət etməmək qərarına gəliblər.
Yoon Seok Yeolun tezliklə azadlığa çıxacağı gözlənilir. Prokurorluğun bu qərardan apellyasiya şikayəti vermək imkanı olsa da, bundan istifadə etməyib. Bundan əvvəl Seul Mərkəzi Dairə Məhkəməsi prezident Yoon Seok-Yeolun həbsinin ləğvi barədə qərar çıxarıb.



Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər