22:41 / 03-03-2025
Metroda tüstü
Bütün xəbərlər
Peskov: "İranın nüvə dosyesi problemi sülh yolu ilə həll edilməlidir"
Tarix: 04-03-2025 22:03 | Bölmə: Manşet

İranın nüvə dosyesi problemi yalnız sülh yolu ilə həll edilməlidir. Bu açıqlama ilə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, “Zvezda” telekanalının Rusiya dövlətinin başçısı Vladimir Putinin İran və ABŞ arasında nüvə silahı ilə bağlı danışıqlarda vasitəçi kimi çıxış etməyə hazır olub-olmaması ilə bağlı sualına belə cavab verib.
"Rusiya prezidenti Vladimir Putin dəfələrlə bildirib ki, İranın nüvə dosyesi problemi dinc yolla həll edilməlidir. Rusiya İranın müttəfiqi və tərəfdaşı kimi bu prosesi asanlaşdırmaq üçün mümkün olan hər şeyi etməyə hazırdır", - Kremlin sözçüsü bildirib.
Fevralın əvvəlində ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı saziş bağlamağı təklif edib. Amerika lideri bəyan edib ki, Tehran nüvə silahı yaratmağa çox yaxınlaşıb, ona görə də ABŞ ölkəyə “maksimum təzyiq” siyasətinə qayıdıb.
Fevralın 25-də İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, Vaşinqton Tehrana təzyiqləri dayandırana qədər ölkə ABŞ-la nüvə silahı məsələsini müzakirə etməyə hazır deyil.
Bir gün əvvəl "Bloomberg" xəbər vermişdi ki, Tramp Putindən Tehranla danışıqlarda vasitəçi olmasını istəyib. Agentliyin məlumatına görə, Rusiya prezidenti təklifi qəbul edib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər