Bütün xəbərlər
Von der Leyen Ukraynanı həzm olunmayan “polad kirpi”yə çevirməyə çağırıb
Tarix: 02-03-2025 23:25 | Bölmə: Manşet

Avropa İttifaqı Kiyevin münaqişədə qələbəsini təmin etmək üçün Ukraynanı “polad kirpi”yə çevirməlidir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.
Londonda Ukrayna ilə bağlı Qərb sammitindən sonra o, Aİ-nin müdafiə sənayesinin gücləndirilməsinin vacibliyinə işarə edib.
"Ukraynanı heç bir düşmənin həzm edə bilməyəcəyi polad kirpiyə çevirmək", - TASS agentliyi Avropa Komissiyasının rəhbərinin sözlərindən sitat gətirir.
Fon der Leyenin sözlərinə görə, belə məqsədlərə silah tədarükü, maliyyə və iqtisadi yardım, Ukraynanın enerji sektoruna dəstək vasitəsilə nail olmaq olar.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Aİ ölkələrini ordularını yenidən silahlandırmağa başlamağa çağırıb.



Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər