Bütün xəbərlər
Vals: "Kiyev üçün təminatlardan yalnız dialoq başlayandan sonra danışa bilərik"
Tarix: 02-03-2025 20:19 | Bölmə: Manşet

Yalnız münaqişənin həlli üzrə danışıqlara başlayandan sonra Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə dəyər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals deyib.
CNN-ə müsahibəsində Vals qeyd edib ki, prezident Donald Trampın administrasiyası praktiki nizamlamalara üstünlük verir və mücərrəd mübahisələrə qarşıdır.
"Məqsədimiz tərəfləri danışıqlar masası arxasına əyləşməyə məcbur etməkdir. Lakin çoxları dialoqun başlanmasını gözləmədən (təhlükəsizlik) təminatlarından başlayır. Bu, yanlış yanaşmadır", - TASS agentliyi ABŞ liderinin məsləhətçisindən sitat gətirir.
O, həmçinin Ukrayna nizamlanması məsələlərində arabanı atın qabağına qoymağa çağırıb.
Vals bəyan edib ki, Ağ Ev Kiyev rejiminin başçısı Vladimir Zelenskinin Ukrayna münaqişəsinə son qoymağa hazır olduğuna əmin deyil.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər