Bütün xəbərlər
Zelenski: "Nadir torpaq metalları ilə bağlı sövdələşmənin gələcəyi ABŞ-dan asılıdır"
Tarix: 01-03-2025 10:22 | Bölmə: Manşet

Kiyev rejiminin başçısı Vladimir Zelenski deyib ki, nadir torpaq metalları ilə bağlı sövdələşmənin gələcəyi ABŞ-dan asılıdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, “onlar imzalamalıdırlar” deməyə davam etdi, lakin eyni zamanda etiraf etdi ki, bunun nə vaxt baş verəcəyini söyləmək çətindir, çünki sazişin taleyi indi tamamilə Vaşinqtondan asılıdır.
"Bunu nə vaxt edəcəklərini bilmirəm. Bu, Amerika tərəfdən asılıdır", - Zelenski "Fox News"-də deyib.
Zelenski ilə Ağ Ev rəhbəri Donald Tramp arasında görüş fevralın 28-də Vaşinqtonda baş tutub. Media nümayəndələri ilə söhbət zamanı ukraynalı siyasətçi respublikaçının sözünü kəsərək jurnalistlərin suallarına kobud cavab verib. Tramp daha sonra Zelenskini Amerikaya hörmətsizlik etdiyi üçün danlayıb.Nəticədə, Vaşinqton və Kiyev arasında nadir torpaq metalları müqaviləsinin imzalanması ləğv edildi.



Baxış sayı: 48


Bölməyə aid digər xəbərlər