Bütün xəbərlər
"Vətəndaşları narahat edən məsələlər hakim korpusu arasında müzakirə olunacaq" - Sənan Hacıyev
Tarix: 01-03-2025 00:44 | Bölmə: Manşet



"Azərbaycan Hakimlərinin ilk Forumunun keçirilməsində əsas məqsəd hakimlərin məhkəmə hakimiyyətində həyata keçirilən islahatlar barədə məlumatlandırılmasıdır".
Sabaha-inamla.az E-huquq.az-a istinadən xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü, Azərbaycan Hakimlər İttifaqının sədr müvaini Sənan Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Məhkəmə-Hüquq Şurası və Azərbaycan Hakimlər İttifaqının birgə təşkilatçılığı ilə keçirilən forum eyni zamanda hüquq ictimaiyyətini və cəmiyyəti ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları barədə məlumatlandırmaq məqsədi daşıyır.
"Hakim korpusu birlikdə toplanaraq ədalət mühakiməsinin müxtəlif istiqamətləri üzrə mövcud problemləri müzakirə edir. Həmçinin vətəndaşları narahat edən məsələlər və onların aradan qaldırılması istiqamətində hansı tədbirlərin həyata keçirilə biləcəyi hakim korpusu arasında müzakirə olunacaq. Ümid edirik ki, forum qarşıya qoyulan məqsədlərə çatacaq", - deyə S.Hacıyev qeyd edib.
Onun sözlərinə görə, bu forumun növbəti illərdə silsilə tədbirlər şəklində keçirilməsi planlaşdırılır: "Hər il görülmüş işlərin və növbəti planların müzakirəsi nəzərdə tutulur".



Baxış sayı: 55


Bölməyə aid digər xəbərlər