Bütün xəbərlər
Merz: "Almaniya nüvə silahının qarşısını almaq üçün təkcə ABŞ-a deyil, Fransaya arxalanmalıdır"
Tarix: 28-02-2025 20:37 | Bölmə: Manşet

Almaniya nüvə qarşısını almaq üçün Fransa və ABŞ-a arxalanmağı düşünməlidir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu XDİ/CSU blokundan Almaniya kansleri vəzifəsinə namizəd Fridrix Merz deyib.
Siyasətçi qeyd edib ki, Parisin Avropa üzərində ümumi “nüvə çətiri”nin yaradılmasını müzakirə etmək təklifi yeni bir şey deyil, Fransa prezidenti Şarl de Qoll 1960-cı illərdə belə bir təşəbbüslə çıxış edib.
Merz “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində deyib: “İndi vəziyyət yenidən dəyişib və buna görə də biz bu məsələni yenidən birlikdə düşünməliyik”.
Kansler namizədi bildirib ki, o, koalisiya danışıqları zamanı, həmçinin Aİ və NATO tərəfdaşları ilə Fransa və Böyük Britaniyanın nüvə qarşısının alınmasında iştirakı məsələsini qaldırmaq istəyir.
Merz qeyd edib ki, hazırda Almaniyanın öz nüvə silahını yaratması üçün heç bir səbəb görmür.
Merz daha əvvəl bildirmişdi ki, Avropa ABŞ-ın yeni administrasiyasının siyasəti fonunda öz müdafiə qabiliyyətini sürətlə gücləndirməyə başlamalıdır. Onun sözlərinə görə, Avropanın “gecə yarısına beş dəqiqəsi” var.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər