10:25 / 27-02-2025
450 kv.m anqar yanırdı
Bütün xəbərlər
Makron Avropanı ABŞ-la münasibətlərdə “xoşbəxt vassallaşmadan” əl çəkməyə çağırıb
Tarix: 28-02-2025 11:23 | Bölmə: Manşet

Avropa ölkələri birləşməli və ABŞ-la münasibətlərdə “xoşbəxt vassallaşmadan” əl çəkməlidir, Fransa prezidenti Emmanuel Makron bildirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərini RİA Novosti FP-yə istinadən sitat gətirir.
Makron həmçinin avropalıları “risk, ambisiya və güc zövqünü yenidən kəşf etməyə” çağırıb.
“Portuqaliyaya iki günlük dövlət səfəri zamanı Makron bu cümə axşamı, fevralın 28-də avropalıları “həmişəkindən daha birlik və güclü olmağa” və ABŞ-la münasibətlərdə “xoşbəxt vassallaşmadan” əl çəkməyə çağırıb”, - agentlik yazır.
Xatırladaq ki, bu həftənin əvvəlində Vaşinqtonda ABŞ prezidenti Donald Tramp və Fransa lideri Emmanuel Makron arasında danışıqlar olub.
Onların görüşü Ağ Evdə baş tutub. Tramp nəinki Ağ Evin girişində Makronla salamlaşmayıb, həm də G7 dövlət başçılarının görüşü zamanı onu Oval kabinetdə iş masasının kənarında oturtmaqla alçaldıb.
Bundan əvvəl KİV Trampın Kiyev rejiminin başçısı Vladimir Zelenskinin Amerika paytaxtına səfərini ləğv etmək istədiyini, lakin Makronun respublikaçını bunu etməməyə inandıra bildiyini də yazıb.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər