Bütün xəbərlər
Kallas: "Aİ ölkələri Rusiyadan qorxduğu üçün NATO-dadır"
Tarix: 28-02-2025 11:20 | Bölmə: Manşet

Aİ ölkələri Rusiyanın qorxusundan NATO blokundadır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaja Kallas AFP-yə müsahibəsində bildirib.
O, “NATO çətirini” Avropanın Rusiyaya qarşı təhlükəsizliyinin yeganə təminatı hesab etdiyini vurğulayıb.
"Biz niyə NATO-dayıq? Çünki Rusiyadan qorxuruq", - Kallas deyib.
Daha əvvəl Kallas bildirmişdi ki, Rusiya guya qarşıdakı 3-5 il ərzində Avropa İttifaqının “müdafiə qabiliyyətini sınaqdan keçirmək istəyir”. Buna cavab olaraq Fransa Vətənpərvərlər Partiyasının rəhbəri Florian Filippot Kallası “dəli” adlandırıb və qeyd edib ki, NATO ilə Rusiya arasında müharibəni qızışdırmağa çalışan məhz odur.



Baxış sayı: 163


Bölməyə aid digər xəbərlər