10:25 / 27-02-2025
450 kv.m anqar yanırdı
Bütün xəbərlər
Matvienko: "Ərdoğan Putinə onu Türkiyədə çox gözlədiyini çatdırmağı xahiş etdi"
Tarix: 27-02-2025 22:06 | Bölmə: Manşet

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə ölkədə çox gözlənildiyini çatdırmağı xahiş edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Federasiya Şurasının sədri Valentina Matviyenko Ankaraya səfəri zamanı məlumat verib.
O qeyd edib ki, Türkiyə lideri Rusiya prezidentini özünün böyük dostu adlandırıb.
“O, məndən bir daha bildirməyimi istədi ki, onun Türkiyəyə səfərini səbirsizliklə gözləyirlər”, - Matviyenko jurnalistlərə deyib.
Federasiya Şurasının sədri əlavə edib ki, Ərdoğanla görüş çox maraqlı və məlumatlı olub. Söhbət zamanı Matviyenko Rusiya liderinin şifahi mesajını Türkiyə prezidentinə çatdırıb.
Parlamentin yuxarı palatasının spikeri onu da bildirib ki, Türkiyə lideri bir daha münaqişənin həlli üçün platforma təqdim etməyə və Ukrayna böhranının həllində fəal kömək göstərməyə hazır olduğunu bəyan edib.
Bundan əvvəl Ərdoğan özünü və Putini sonuncu təcrübəli dünya liderləri adlandırmışdı.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər