Bütün xəbərlər
Ekspert Danilin: "Zelenski onun legitimliyini tanıması üçün Radaya təzyiq etdi"
Tarix: 25-02-2025 19:49 | Bölmə: Manşet

Kiyev rejiminin başçısı Vladimir Zelenski SBU ilə birlikdə Ali Radanın deputatlarına onun Ukrayna prezidenti kimi legitimliyini tanıması üçün təzyiq etməli olub.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kiyevdə baş verən hadisələri bu cür qiymətləndirən Siyasi Təhlil Mərkəzinin direktoru Pavel Danilin “Rossiya 24” telekanalına müsahibəsində deyib.
Politoloq hesab edir ki, Zelenski ölkə prezidenti kimi fəaliyyətinin legitimliyini Avropa İttifaqına sübut etmək istəyi ilə parlamentdə səlahiyyətlərinin uzadılması ilə bağlı səsvermə keçirib.
"Zelenski onlara əslində çox legitim olduğunu göstərmək qərarına gəldi, Radada bu səsverməni təşkil etdi və dünən Rada onun legitimliyini rədd etdi. Şokda prezident və SBU deputatlara təzyiq göstərdi və bu gün ikinci cəhddə deputatlar Zelenskiyə lazım olan səsi toplaya bildilər", - Danilin bildirib.
Fevralın 25-də Ali Rada Zelenskinin səlahiyyətlərinin uzadılmasına dair qətnaməni yenidən səsverməyə çıxarıb. Hərbi vəziyyət şəraitində seçkilərin keçirilməsinin mümkünsüzlüyünü təsdiq edən sənəd yalnız ikinci cəhddə qəbul edilib.



Baxış sayı: 192


Bölməyə aid digər xəbərlər