Bütün xəbərlər
Makron 27 Aİ liderini ABŞ səfəri ilə bağlı məlumatlandıracaq
Tarix: 25-02-2025 15:42 | Bölmə: Manşet

Avropa Şurasının sədri Antonio Kosta 27 Aİ dövlətinin liderlərinin videokonfrans vasitəsilə keçiriləcək görüşünü çağırıb. Emmanuel Makron orada çıxış edəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fransa prezidenti ABŞ-a səfərinin nəticələri barədə həmkarlarına məlumat verəcək.
"Martın 6-da Avropa Şurasının fövqəladə iclasına hazırlıq məqsədilə sabah səhər Avropa Şurası üzvlərinin videokonfransını təşkil edəcəyəm", - Kosta X sosial şəbəkəsində yazıb.
Bundan əvvəl ABŞ prezidenti Donald Trampın fransalı həmkarı Emmanuel Makronu qarşılamaq üçün Ağ Evin pilləkənlərinə çıxmadığı məlum olub.
Amerikalı jurnalistlər sosial şəbəkələrdə respublika liderinin prezident iqamətgahında çıxışının videoyazılarını dərc ediblər. Makron maşından düşən kimi mediaya əl yelləyib. Tramp Ağ Evin girişində olmayıb.





Baxış sayı: 183


Bölməyə aid digər xəbərlər