Bütün xəbərlər
Lavrov Ankaraya işgüzar səfərə gəlib
Tarix: 23-02-2025 23:56 | Bölmə: Manşet

Rusiyanın xarici işlər naziri Sergey Lavrov işgüzar səfərlə Türkiyənin paytaxtı Ankaraya gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Kommersant"ın məlumtına görə, diplomatik idarə rəisinin təyyarəsi Moskva vaxtı ilə saat 22:00-da Ankara hava limanına enib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Lavrovun Türkiyəyə səfər planlarından danışıb. Onun sözlərinə görə, xarici xiyasət idarəsinin başçısı orada beynəlxalq, regional və ikitərəfli gündəliyə dair geniş mövzuları müzakirə etmək niyyətindədir.
Lavrovun səfəri barədə Türkiyə mətbuatı da öz mənbələrinə istinadən xəbər yayıb. Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında yanvarda baş tutan sonuncu görüşdə tərəflər Suriya məsələsində təmasları davam etdirmək barədə razılığa gəliblər.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər