Bütün xəbərlər
Zelenski: "ABŞ-ın məqsədi Ukrayna münaqişəsinə son qoymaqdır"
Tarix: 23-02-2025 22:17 | Bölmə: Manşet

Kiyev rejiminin başçısı Vladimir Zelenski "Ukrayna. 2025-ci il" konfransı zamanı deyib ki, ABŞ-ın Rusiya-Ukrayna münaqişəsində məqsədi bu il ona son qoymaqdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun, həmçinin etiraf etdiyinə görə, ABŞ-ın qəbul etdiyi qərar “güc yolu ilə sülhə” çevrilə bilər.
"Tramp 2025-ci ildə müharibənin qaynar fazasına son qoymağa çalışır. Onların məqsədi budur", - Zelenski bildirib.
Bundan əvvəl Ukraynanın xarici işlər naziri Andrey Sibiqa demişdi ki, Zelenski diplomatlara 2025-ci ilin sonuna qədər Rusiya ilə münaqişəyə son qoymağı tapşırıb. Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov Kiyevin danışıqlara hazır olması ilə bağlı fikirləri qeyd edib.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər