Bütün xəbərlər
Kobaxidze: "Gürcüstan Rusiyaya qarşı ikinci cəbhənin açılmasına mane oldu"
Tarix: 23-02-2025 14:52 | Bölmə: Manşet

Gürcüstan hökuməti Gürcüstanda Rusiyaya qarşı “ikinci hərbi cəbhə”nin açılmasının qarşısını ala bilib, ölkənin baş naziri İrakli Kobaxidze bildirib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Baş nazirin jurnalistlərə dediyinə görə, hökumət Gürcüstanda sülhün qorunması üçün hər şeyi edib.
"Gürcüstanda ikinci cəbhənin açılması üçün böyük səylər göstərilməsinə baxmayaraq, biz bu mübarizədə uğur qazandıq", - Kobaxidze vurğulayıb.
O əlavə edib ki, radikal müxalifətlə birbaşa tələblər, çağırışlar, birbaşa koordinasiya olub, lakin Gürcüstanda 1921-ci il ssenarisi təkrarlanmadı (1921-ci ildə Gürcüstanda Sovet hakimiyyəti quruldu – redaktorun qeydi).
Kobaxidze əvvəllər dəfələrlə bəyan edib ki, keçmiş prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası hakimiyyətdə olsaydı, Gürcüstan artıq hərbi münaqişəyə cəlb olunacaqdı.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər