19:33 / 09-07-2026
Teatr yanğına uğrayıb
18:26 / 09-07-2026
Aslanbi Xuştov vəfat edib
Bütün xəbərlər
Peskov Trampı hakimiyyətin sabitliyi baxımından unikal ABŞ lideri adlandırıb
Tarix: 23-02-2025 14:42 | Bölmə: Manşet

Donald Tramp öz hakimiyyətinin sabitliyi baxımından ABŞ-ın unikal lideridir.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bunu "Moskva. Kreml. Putin" verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Xüsusilə ABŞ-ın 47-ci prezidentinin seçkilərdə aldığı seçicilərin dəstəyi diqqət çəkir.
"Prezident Tramp seçkiləri hətta şübhəli ştatlarda belə Amerika üçün unikal nəticə ilə qazandı. Prezident Tramp hər iki palatada partiya nəzarətinə malikdir - yəni səlahiyyətlərinin və qüdrətinin sabitliyi baxımından o, ABŞ-ın tamamilə unikal prezidentidir", - Peskov vurğulayıb.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlarının nəticələrinə istinad edərək, Ukraynadakı münaqişənin tezliklə həllinə ümid etdiyini bildirib.



Baxış sayı: 228


Bölməyə aid digər xəbərlər