Bütün xəbərlər
Mask: "ABŞ hökumətinin işçiləri bir həftə iş barədə hesabat verəcək və ya işdən çıxarılacaq"
Tarix: 23-02-2025 12:20 | Bölmə: Manşet

Biznesmen və Hökumətin Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri İlon Mask, ABŞ-dakı bütün federal işçilərə işlərinə dair həftəlik hesabat tələb edən e-poçt məktubları göndəriləcəyini və cavab verməyənlərin işdən çıxarılacağını söylədi.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Mask, Trampın andiçməsindən sonra böyük bir xərc araşdırması başlatdı və hökumət xərclərini 2 trilyon dollar azaldacağını vəd etdi.Beləliklə, Pentaqon öz işçilərini 5-8% ixtisar etməyə hazırlaşır.
“...Bütün federal əməkdaşlar tezliklə son bir həftədə etdiklərinin hesabını təqdim etmələrini tələb edən e-poçt məktubu alacaqlar”, - Mask sosial media X-də bildirib.
İş adamı əlavə edib ki, işçidən cavab gəlməsə, işdən çıxmış hesab olunacaq.
DOGE rəhbərinin sözlərinə görə, bu tədbirlər ABŞ prezidenti Donald Trampın göstərişi ilə həyata keçirilib.
"Reuters" xəbər verir ki, şənbə günü axşam bir sıra departamentlərin dövlət işçilərinə məktub göndərilib: "Keçən həftə nə etdiniz?" Cavab bazar ertəsinə qədər verilməlidir və hesabatda görülən işlərin beş əsas bəndi yer almalıdır.
Şənbə günü Tramp Maskı DOGE-nin rəhbəri olaraq verdiyi qərarlara görə tərifləyib və onu daha da çox işlər görməyə çağırıb.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər