Bütün xəbərlər
Tramp: "Putinlə danışıqlar çox yaxşı keçdi, amma Ukrayna ilə - o qədər də yox"
Tarix: 22-02-2025 09:58 | Bölmə: Manşet

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışıqlarını çox yaxşı adlandırıb, lakin Ukrayna ilə onun sözlərinə görə, müzakirələr “çox yaxşı olmayıb”.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Trampın Putinlə telefon danışığı fevralın 12-də baş tutub.İki dövlətin başçıları bir saat yarım danışdılar.Daha sonra Rusiya və Amerika nümayəndə heyətləri Ər-Riyadda görüşüb və müzakirələrdən sonra tərəflər Putin və Tramp arasında görüş üçün hazırlıqlara başlamaq barədə razılığa gəliblər.
“Mən Putinlə çox yaxşı danışıqlar apardım... (və – Red.) Ukrayna ilə çox yaxşı danışıqlar olmadı”, Trampın qubernatorlarla görüşdəki sözlərini Ağ Evin jurnalist fondu sitat gətirir.
Tramp əvvəllər Zelenskinin "pis danışıq aparan" və "seçkisiz diktator" olduğunu və onun sülh danışıqlarında iştirakının "çox vacib olmadığını" söyləyib.
Cümə günü Amerika lideri çərşənbə axşamı, fevralın 25-də Ukraynadakı münaqişənin həlli ilə bağlı ABŞ və Rusiya arasında danışıqların yeni mərhələsini keçirməyi planlaşdırdığını açıqlayıb.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər