Bütün xəbərlər
Mask: "ABŞ-da çoxlu vampirlər yaşayır"
Tarix: 17-02-2025 11:58 | Bölmə: Manşet

ABŞ-da çoxlu vampir yaşayır. ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask administrasiyanın 120 yaşdan yuxarı sosial müavinət alan vətəndaşlarla bağlı məlumatlarını belə şərh edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  cədvəldən məlum olduğuna görə, ölkədə 120-249 yaş arasında olan 12 milyondan çox insan yaşayır. Ən uzunömürlü insan 360-369 yaş qrupunda olan şəxs olub.
"Sosial Təhlükəsizlik Administrasiyasının məlumat bazasına görə, bu, hər yaş qrupunda ölüm sütununda tire olan insanların sayıdır. Ola bilsin, Twilight realdır və Sosial Müdafiədə çoxlu vampirlər var", - Mask özünün X sosial media hesabında yazıb.
DOGE nəşrə münasibət bildirərək, bu presedenti nəzərdən keçirəcəklərini bildirib.
Daha əvvəl bildirilmişdi ki, Mask ABŞ Daxili Gəlir Xidmətinin məlumat bazalarına giriş əldə etmək niyyətindədir. Bu, departamentə ölkədəki hər bir vergi ödəyicisi haqqında məlumat verəcəkdir.



Baxış sayı: 67


Bölməyə aid digər xəbərlər