Bütün xəbərlər
Dövlət katibi Rubio: "ABŞ Rusiya ilə Ukrayna danışıqlarında optimist olaraq qalır"
Tarix: 17-02-2025 11:48 | Bölmə: Manşet

ABŞ dövlət katibi Marko Rubio hesab edir ki, bir telefon zəngi və ya görüşü Ukrayna böhranını həll edə bilməyəcək, lakin o, Rusiya ilə gələcək təmaslara nikbin yanaşır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun bildirdiyinə görə, bu, prosesdə ilk addımdır, lakin “getməli olan uzun bir yol var”.
"CBS News"in məlumatına görə, Rubio, "Bir daha deyirəm, bir telefon zəngi kömək etməyəcək. Bir görüş kömək etməyəcək. Görüləcək çox iş var. Amma inanıram ki, ən uzun səyahət belə bir addımla başlayır" deyib.
ABŞ dövlət katibinin sözlərinə görə, “sülhə nail olmaq prosesi bir görüş deyil”.
"Bu müharibə artıq bir neçə müddətdir davam edir. Çətin və mürəkkəbdir. Ona görə də münaqişəyə son qoymaq asan olmayacaq", - o əlavə edib.
Bununla belə, Rubio qeyd edib ki, ABŞ prezidenti Donald Tramp Ukrayna böhranına son qoymağa sadiq qalır.
Fevralın 12-də Rusiya prezidenti Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı olub. Dialoq zamanı liderlər Ukraynadakı münaqişəni və ikitərəfli iqtisadi əlaqələri müzakirə ediblər.
CNN-in məlumatına görə, Ukrayna ilə bağlı danışıqlar fevralın 18-də Səudiyyə Ərəbistanında baş tutacaq. Ər-Riyad nümayəndə heyətinin rəhbəri krallığın milli təhlükəsizlik üzrə müşaviri olacaq. ABŞ-ı dövlət katibi Marko Rubio, Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və prezidentin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff təmsil edəcək.



Baxış sayı: 66


Bölməyə aid digər xəbərlər