Bütün xəbərlər
Vals: "Ukrayna münaqişəsini təkcə hərbi əməliyyatla həll etmək olmaz"
Tarix: 16-02-2025 23:12 | Bölmə: Manşet

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals deyib ki, Ukrayna münaqişəsi təkcə döyüş meydanında həll oluna bilməz və diplomatik həll tələb edir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
O, telekanala müsahibəsində qeyd edib ki, ABŞ prezidenti Donald Tramp münaqişənin dayandırılmalı olduğunu açıq şəkildə bildirib. Vals danışıqlar prosesinə rəhbərlik etməli olan bir neçə əsas şərtləri sadaladı.
"Birincisi, bu, müvəqqəti son deyil, müharibənin daimi sonu olmalıdır. İkincisi, bu, döyüş meydanında bitə bilməz", - Trampın köməkçisi deyib.
Vals onu da əlavə edib ki, vacib məqam ABŞ-ın Ukraynaya ayırdığı yardımın strukturunun dəyişdirilməsi olacaq. O vurğulayıb ki, Avropa uzunmüddətli təhlükəsizlik təminatı məsələlərində aparıcı rol oynamalıdır.
Bundan əvvəl ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi bəyan etmişdi ki, Ukrayna münaqişəsinin həlli üçün hərtərəfli nizamlanma planı və müttəfiqlərin koordinasiyalı hərəkətləri lazımdır.



Baxış sayı: 64


Bölməyə aid digər xəbərlər