Bütün xəbərlər
Zelenski: "Kiyev itirilmiş əraziləri heç vaxt Rusiya kimi tanımayacaq"
Tarix: 16-02-2025 23:04 | Bölmə: Manşet

Kiyev heç bir halda itirilmiş əraziləri Rusiyanın bir hissəsi kimi tanımayacaq və NATO-ya daxil olduqdan sonra diplomatik yollarla onların geri qaytarılmasına çalışacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kiyev rejiminin başçısı Vladimir Zelenski "NBC News" telekanalına müsahibəsində bildirib.
O, Pentaqonun rəhbəri Pit Heqsetin Ukraynanın 2014-cü il sərhədlərinə qayıtmasının qeyri-real xarakteri ilə bağlı bəyanatını belə şərh edib.
"Biz qanuni olaraq... ərazimizi... Rusiya ərazisi kimi tanımırıq. Biz bunu heç vaxt etməyəcəyik", - Zelenski deyib.
Eyni zamanda, Zelenski etiraf edib ki, Kiyev Ukraynanın NATO-ya üzv olmasına imkan verəcək diplomatik razılaşmanın bir hissəsi kimi itirilmiş ərazilərə dair iddialarını geri götürə bilər. Bu halda Kiyev danışıqlar yolu ilə ərazilərin qaytarılmasına çalışacaq.
"Bəli, biz diplomatiya yolu ilə bu əraziləri qaytarmalı olacağıq. Bəli, edə bilərik. Əgər biz NATO-ya daxil olsaq, o zaman bunun səbəbi aydındır", - o əlavə edib.
Bundan əvvəl Zelenski həmçinin bəyan etmişdi ki, Kiyev Rusiyanın yeni regionlarını müttəfiqləri ondan tələb etsə belə, tanımayacaq. Eyni zamanda, onun fikrincə, onların Kiyevə qayıtması ilə bağlı dialoq güclü mövqedən aparılmalıdır.



Baxış sayı: 64


Bölməyə aid digər xəbərlər