Bütün xəbərlər
Yermak: "Kiyev Moskva ilə danışıqlarda qırmızı xətləri Vaşinqtona çatdırıb"
Tarix: 16-02-2025 20:43 | Bölmə: Manşet

Kiyev ABŞ-a Ukrayna nizamlanmasındakı “qırmızı xətlər”lə bağlı öz baxışını çatdırıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak Telegram-da məlumat verib.
O, ABŞ-ın vitse-prezidenti J.D.Vens və xüsusi elçi Keyt Kelloqla görüşündən danışıb, onunla təkcə Ukrayna böhranını deyil, həm də nadir torpaq ehtiyatları üzrə sazişi müzakirə edib.
"ABŞ-ın vitse-prezidenti J.D.Vens və ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq ilə həqiqətən də məzmunlu söhbət oldu.Ukrayna öz maraqlarının qırmızı xətlərini aydın şəkildə müəyyənləşdirdi", - Yermak yazıb.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Qərb ölkələrinin xidmətçisi və bununla da “pis xidmətçi” olduğunu bildirmişdi.



Baxış sayı: 63


Bölməyə aid digər xəbərlər