Bütün xəbərlər
Ukrayna hökumət heyəti Vladimir Zelenskinin krallığa səfərinə hazırlıq məqsədilə Səudiyyə Ərəbistanında işə başlayıb
Tarix: 16-02-2025 20:38 | Bölmə: Manşet

Ukraynanın iqtisadiyyat naziri Yuliya Svırıdenko bildirib ki, Ukrayna hökumət heyəti Vladimir Zelenskinin krallığa səfərinə hazırlıq məqsədilə Səudiyyə Ərəbistanında işə başlayıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə yazıb.
O qeyd edib ki, nümayəndə heyətinin işgüzar səfəri yüzə yaxın yerli sahibkarla görüşlə başlayıb.
“Yaxın günlərdə Vladimir Zelenskinin Səudiyyə Ərəbistanına səfərinə hazırlıq üçün onlarla görüş keçiriləcək”, - bəyanatda deyilir.
"Bloomberg"in məlumatına görə, ABŞ və Rusiyanın yüksək profilli rəsmiləri Ukrayna sülh prosesini müzakirə etmək üçün fevralın sonunda Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında mümkün görüşə hazırlaşmaq üçün gələn həftə Səudiyyə Ərəbistanında görüşəcəklər.



Baxış sayı: 63


Bölməyə aid digər xəbərlər