Bütün xəbərlər
"Vitkoff": ABŞ nümayəndə heyəti Rusiya ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına gedir
Tarix: 16-02-2025 20:21 | Bölmə: Manşet

ABŞ nümayəndə heyəti yaxın saatlarda Səudiyyə Ərəbistanına gedəcək və burada Rusiya Federasiyasının nümayəndələri ilə Ukrayna üzrə danışıqlar aparılacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff deyib.
"Fox News"ə müsahibəsində o, Vladimir Zelenski rejiminin nümayəndələrinin Səudiyyə Ərəbistanında olmayacağına baxmayaraq, Kiyevin danışıqlarda iştirak etməməsi ilə bağlı iddialarla razılaşmadığını qeyd edib.
"Mən bu axşam milli təhlükəsizlik müşaviri ilə ora gedirəm. Və prezidentin göstərişi ilə görüşlərimiz olacaq. Ümid edirəm ki, Rusiya və Ukrayna kontekstində yaxşı irəliləyiş əldə edəcəyik", - Vitkoff deyib.
Bundan əvvəl “Fox News” telekanalı Kiyevin Rusiya və ABŞ arasında Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlara dəvət olunmadığını bildirmişdi.



Baxış sayı: 62


Bölməyə aid digər xəbərlər