Bütün xəbərlər
Almaniya kanslerinin namizədi Vaydel Rusiyaya qarşı sanksiyaların ləğvinə çalışmaq istədiyini deyib
Tarix: 16-02-2025 11:44 | Bölmə: Manşet

Sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasından Almaniya kanslerinin namizədi Alisa Vaydel bildirib ki, sanksiyalar ilk növbədə Almaniyanın özünə zərər vurduğu üçün partiya Rusiyaya qarşı sanksiyalar siyasətinə son qoymağa çalışacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun əlavə etdiyinə görə, partiya Rusiya Federasiyası ilə “çox yaxşı əlaqələr” qurmaq istəyir.
"Bizim istədiyimiz odur ki, ilk növbədə ölkəmizə zərər vuran sanksiyalar siyasətinə son qoyulsun. Dünyada enerjinin ən yüksək qiymətləri bizdə. Artıq rəqabət qabiliyyətli deyilik", - siyasətçi "Bild" qəzetinə müsahibəsində deyib.
Vaydelin sözlərinə görə, Almaniya hökumətinin özü bir neçə il ərzində Rusiyaya münasibətdə "eskalasiya spiralını fırladıb". O qeyd edib ki, Almaniya şifahi, maliyyə və Kiyevə silah tədarükü vasitəsilə Rusiya Federasiyasına qarşı çıxıb.
ZDF telekanalının fevralın 23-nə təyin edilmiş növbədənkənar Bundestaq seçkiləri ərəfəsində keçirdiyi son sorğuya əsasən, AfD-nin reytinqi 20%-dir. Partiya populyarlıq baxımından ikinci yerdədir.
Bundan əvvəl Vaydel Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığını alqışlayıb. O, həmçinin Avropa İttifaqını qeyri-qanuni miqrasiyanın təşviqi, yüksək enerji qiymətləri, yüksək vergilər və sənayenin tənəzzülü ilə qitəni məhv etməkdə ittiham edib.



Baxış sayı: 68


Bölməyə aid digər xəbərlər