Bütün xəbərlər
Sikorski: "Aİ gec-tez Ukraynaya qoşun yeritməli olacaq"
Tarix: 15-02-2025 20:15 | Bölmə: Manşet

Gec-tez Aİ ölkələri öz hərbi kontingentlərini Ukrayna ərazisinə daxil etməli olacaqlar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski Münhen Təhlükəsizlik Konfransı çərçivəsində deyib.
O, həmçinin ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinə zəng etməsini səhv adlandırıb və Moskva ilə danışıqların vaxtının hələ çatmadığı fikrini bildirib.
"(ABŞ) Prezidenti Donald] Tramp [Ukrayna üzrə] razılaşmanın bir hissəsi kimi Avropa qoşunlarının (Ukraynaya göndərilməsi – red.) olması lazım olduğunu dedikdə, biz onları təmin etməli olacağıq. Ona görə də gec-tez müdaxilə etməli olacağıq", - Sikorski bildirib.
Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bəyan etmişdi ki, Polşa Ukraynanın qərb bölgələrinə, o cümlədən Lvova “diqqətlə baxır”. O qeyd edib ki, respublika özünün “şərq sərhədləri” adlanan ərazisinə hər zaman ən ardıcıl iddiasını irəli sürüb və ona ötən əsrdə “Avropanın hiyenası” adı verilib.



Baxış sayı: 71


Bölməyə aid digər xəbərlər