Bütün xəbərlər
Kellogq: "ABŞ yaxın günlərdə Ukrayna planını yekunlaşdıra bilər"
Tarix: 15-02-2025 19:59 | Bölmə: Manşet

Vaşinqton yaxın günlərdə və ya həftələrdə Ukrayna münaqişəsinin həlli planını yekunlaşdıra bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
Münhen Təhlükəsizlik Konfransında o, Amerika rəsmilərinə “manevr etmək üçün bir az vaxt” lazım olduğunu qeyd edib.
"Mən altı ayı nəzərdə tutmuram, günlər və həftələri nəzərdə tuturam"-  Kelloq deyib.
Kelloq daha əvvəl demişdi ki, Vaşinqton Ukrayna nizamlanması üzrə çoxpartiyalı danışıqlardan yayınmağa çalışır. O əlavə edib ki, Birləşmiş Ştatlar bu danışıqlar çərçivəsində Ukrayna üçün təhlükəsizlik zəmanəti tələblərini hələlik səsləndirməyə hazır deyil.



Baxış sayı: 73


Bölməyə aid digər xəbərlər