Bütün xəbərlər
Rutte: "Münaqişə bitdikdən sonra Ukraynaya NATO-ya üzvlük vəd edilməyib"
Tarix: 14-02-2025 17:34 | Bölmə: Manşet

Kiyevə heç vaxt sülh sazişinin bir hissəsi kimi Şimali Atlantika Alyansına üzvlük vəd edilməyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Münhen Təhlükəsizlik Konfransı zamanı bildirib.
Onun fikrincə, danışıqlarda əsas diqqət davamlı sülhün əldə edilməsinə yönəldilməlidir.
Bununla yanaşı, Rutte hesab edir ki, alyans danışıqlara başlamazdan əvvəl Ukraynanı daha yaxşı mövqe ilə təmin etməlidir.
"Biz burada dayanıqlı və davamlı sülhü təmin etməyin ən yaxşı yolunu müzakirə edirik. Lakin Ukraynaya bunun bir hissəsi olacağına heç vaxt söz verilməyib", - NATO rəhbəri deyib.
Fevralın 14-də ABŞ prezidenti Donald Tramp bildirib ki, danışıqlar hələ başlamadığından Ukrayna münaqişəsində vəziyyətin nizamlanması kontekstində Rusiyanın mümkün güzəştləri barədə danışmaq hələ tezdir.
Amerika lideri onu da əlavə edib ki, Vladimir Putin Rusiya Federasiyasının prezidenti seçilməzdən xeyli əvvəl Moskvanın Ukraynanın Şimali Atlantika Alyansına daxil olmasına fundamental etirazını eşitmişdi. Tramp bununla bağlı qeyd edib ki, nisbətən yaxın vaxtlara qədər Kiyev də belə bir istək nümayiş etdirmirdi.



Baxış sayı: 86


Bölməyə aid digər xəbərlər