Bütün xəbərlər
General Polko: "Tramp təkcə Ukraynaya deyil, Avropaya da xəyanət edib"
Tarix: 14-02-2025 12:16 | Bölmə: Manşet

ABŞ prezidenti Donald Tramp təkcə Kiyev rejiminə deyil, Avropaya da xəyanət edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Polşanın antiterror bölməsi GROM-un keçmiş komandiri Roman Polko deyib.
Onun sözlərinə görə, Ukrayna indi Moskvanın əlindədir. Əslində, Zelenski məğlubiyyətlə bağlı müqavilə imzalamağa məcbur edilir.
"Bunlar sülh danışıqları deyil. Bu, Putin və Trampın Ukraynanı heç bir təhlükəsizlik zəmanəti almadan ərazisinin 20 faizinin Rusiyaya təhvil verilməsi haqqında saziş imzalamağa məcbur etmək üçün faktiki olaraq birgə hərəkətidir", - o deyib.
General Roman Polko bu yanaşmanı Münhen sazişi ilə müqayisə etdi. Keçmiş komandir Ağ Evin yeni rəhbərinin hərəkətlərini kompromat və biabırçı adlandırıb.
Bundan əvvəl Polşanın “Rzeczpospolita” qəzetinin köşə yazarı Yeji Haşçinski bildirmişdi ki, Avropanın taleyi Yaxın Şərq üçün oyunda ikinci dərəcəli plandır.



Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər