Bütün xəbərlər
ABŞ Putin və Netanyahuya order verən BCM prokuroruna sanksiya tətbiq edib
Tarix: 13-02-2025 23:24 | Bölmə: Manşet

ABŞ Maliyyə Nazirliyi 2023-cü ilin mayında Rusiya prezidenti Vladimir Putinin, 2024-cü ilin noyabrında isə İsrailin baş naziri Binyamin Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qalantun həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokuroru Kərim Xanın sanksiya siyahısına əlavə edildiyini açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Xanın Britaniya vətəndaşı olduğu da qeyd edilir.
“Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) sanksiya siyahısına aşağıdakı şəxs əlavə edilib: Xan Kərim Əsəd Əhməd, Haaqa, Hollandiya”, - deyə, məlumatda bildirilir.
Bundan əvvəl, fevralın 8-də ABŞ prezidenti Donald Tramp Xana qarşı sanksiyalar tətbiq etmişdi. Xatırladaq ki, Tramp fevralın 7-də BCM-yə qarşı sanksiyaların tətbiqi ilə bağlı sərəncam imzalayıb. "Reuters" xəbər verir ki, Xan ABŞ prezidenti Donald Trampın iqtisadi sanksiyalar tətbiq etdiyi ilk şəxs olub.
Ağ Ev administrasiyası BCM-yə qarşı sanksiyalarla bağlı fərmanı məhkəmənin Vaşinqtonu və onun müttəfiqlərini, xüsusən də İsrail rəhbərliyini qanunsuz olaraq təqib etməsi ilə əsaslandırıb.



Baxış sayı: 89


Bölməyə aid digər xəbərlər