Bütün xəbərlər
Pentaqon rəhbəri Heqset: "ABŞ Ukraynada hər hansı nizamlanma variantına icazə verir"
Tarix: 13-02-2025 21:35 | Bölmə: Manşet

Vaşinqton Moskva ilə danışıqlar zamanı Ukraynanın nizamlanması üçün hər hansı variantı istisna etmir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset deyib.
O vurğulayıb ki, Ukraynanı müzakirə edərkən tərəflər “döyüş zonasında qüvvələr balansını nəzərə almalı” və realist olmalıdırlar.
Pentaqon rəhbəri Brüsseldə jurnalistlərə açıqlamasında "Heç bir variant istisna edilmir" deyib.
O əlavə edib ki, Donald Tramp həm Rusiya prezidenti Vladimir Putin, həm də Kiyev rejiminin başçısı Vladimir Zelenski ilə Ukrayna böhranının nizamlanması üçün danışıqlar aparacaq.



Baxış sayı: 82


Bölməyə aid digər xəbərlər