Bütün xəbərlər
Tramp: "Zelenski ilə danışıqlar yaxşı keçdi, o da Putin kimi sülh istəyir"
Tarix: 12-02-2025 23:10 | Bölmə: Manşet

ABŞ prezidenti Donald Tramp Vladimir Zelenski ilə söhbətinin yaxşı keçdiyini deyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Amerika liderinin sözlərinə görə, Zelenski də Rusiya prezidenti Vladimir Putin kimi sülh istəyir.
O, söhbətin Ukraynadakı münaqişə ilə bağlı bir sıra mövzuları əhatə etdiyini deyib və əlavə edib ki, cümə günü Münhendə keçirilməsi planlaşdırılan görüşə vitse-prezident J.D.Vans və dövlət katibi Marko Rubio rəhbərlik edəcək. O, bu görüşdən müsbət nəticələrə ümid etdiyini bildirib.
"Mən indicə Ukrayna prezidenti Vladimir Zelenski ilə danışdım.Söhbət çox yaxşı keçdi. O, prezident Putin kimi barışmaq istəyir", - Tramp "Truth Social" səhifəsində yazıb.
O, kütləvi ölüm və dağıntılara səbəb olan münaqişənin dayandırılmasının vacibliyini vurğulayıb,Rusiya və Ukrayna xalqlarına xeyir-dua arzulayıb.
Yada salaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında təxminən saat yarım davam edən telefon danışığı olub və əsas mövzulardan biri Ukrayna böhranının həlli olub.
Rusiya liderinin mətbuat katibi bildirib ki, Tramp hərbi əməliyyatları tez bir zamanda dayandırmağa və problemin sülh yolu ilə həlli yollarını axtarmağa çağırıb.



Baxış sayı: 89


Bölməyə aid digər xəbərlər