Bütün xəbərlər
Peskov: "Putin və Tramp məhkum edilmiş vətəndaşların mübadiləsini müzakirə ediblər"
Tarix: 12-02-2025 21:47 | Bölmə: Manşet

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp iki ölkənin məhkum olunmuş vətəndaşlarının mübadiləsini müzakirə ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, eyni zamanda Amerika prezidenti bəyan edib ki, ABŞ bu məsələ ilə bağlı bütün razılaşmaları yerinə yetirəcək.
"Dövlət başçıları Rusiya və ABŞ vətəndaşlarının mübadiləsi ilə bağlı məsələləri müzakirə ediblər", - Kremlin sözçüsü qeyd edib.
Xatırladaq ki, prezidentlər arasında təxminən saat yarım davam edən telefon danışığı olub.Əsas mövzulardan biri Ukrayna böhranının həlli olub.
Rusiya liderinin mətbuat katibi Trampın hərbi əməliyyatların tezliklə dayandırılması və problemin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.



Baxış sayı: 90


Bölməyə aid digər xəbərlər