Bütün xəbərlər
Peskov: "Putin və Tramp Rusiya və ABŞ arasında iqtisadi əlaqələri müzakirə ediblər"
Tarix: 12-02-2025 21:36 | Bölmə: Manşet

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp iki ölkənin iqtisadi əlaqələrini müzakirə ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.
“Söhbət zamanı Yaxın Şərq nizamlanması, İranın nüvə proqramı, eləcə də iqtisadi sahədə ikitərəfli Rusiya-Amerika münasibətləri mövzularına toxunulub”, - Peskov bildirib.
Son həftələrdə Tramp Ukrayna münaqişəsinə diqqət yetirərək və onun həllinə kömək etmək istəyini ifadə edərək, Rusiya prezidenti ilə vəziyyəti müzakirə etmək istəyini bildirib. “Truth Social” səhifəsində Tramp Putinə vaxt ayırdığı üçün təşəkkür edib.
CNN daha əvvəl Trampın Putinlə “çərşənbə səhəri” danışdığını bildirmişdi.



Baxış sayı: 176


Bölməyə aid digər xəbərlər