Bütün xəbərlər
Peskov: "Rusiya Bakı ilə İrəvan arasında danışıqlara kömək edə bilər, lakin onların addımlarını alqışlayır"
Tarix: 11-02-2025 14:01 | Bölmə: Manşet

Rusiya Ermənistanla Azərbaycan arasında danışıqlara kömək etməyə hazırdır, lakin onlar danışıqları müstəqil apara bilərlər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kreml nümayəndəsinin qeyd etdiyi kimi, Moskva Yerevanın və Bakının vasitəçilərə ehtiyac duymadığını və regionda sülh yolu ilə nizamlanması üzrə danışıqları özləri aparıb yekunlaşdırmağa qadir olduğunu dəfələrlə eşitmişdir.
“İstənilən yardımı göstərməyə hazır olduğumuzu saxlamaqla, onların müstəqil səylərini alqışlayacağıq”, - Peskov vurğulayıb.
Onun sözlərinə görə, Moskva üçün Cənubi Qafqazın “rifah və əməkdaşlıq ərazisi”nə çevrilməsi vacibdir.
"Əsas odur ki, Cənubi Qafqaz regionu proqnozlaşdırıla bilən və dinc olaraq qalır", - prezidentin mətbuat katibi yekunlaşdırıb.
Bundan əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan etmişdi ki, Ermənistan “pis xatirələrə” görə, çətin ki, Azərbaycan tərəfi ilə danışıqlarda Rusiyanın vasitəçiliyinə razı olsun. O, həmçinin qeyd edib ki, İrəvan üç aydır ki, Bakının sülh müqaviləsi ilə bağlı təkliflərinə cavab gözləyir.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər