Bütün xəbərlər
Polyanski: "Rusiya ABŞ-la silahlara nəzarət danışıqlarına hazırdır"
Tarix: 11-02-2025 11:36 | Bölmə: Manşet

Moskva Vaşinqtonla silahlara nəzarət üzrə hərtərəfli danışıqlara hazırdır. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, eyni zamanda, Rusiyanın narahatlığını nəzərə almaq lazımdır, - Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
Diplomat bu mövzunu ən aktual mövzulardan biri adlandırıb.Onun sözlərinə görə, bu, ABŞ-ın mövcud qanunvericilik bazasının uzun illər ərzində dağıdılması nəticəsində yaranıb.
“Onu (hüquqi bazanı) bərpa etmək asan olmayacaq, lakin biz buna daha geniş, daha əhatəli danışıqlar çərçivəsində hazırıq, burada narahatlıqlarımıza lazımi diqqət yetiriləcək”, - Polyanski TASS-a müsahibəsində bildirib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya ilə ABŞ arasında silahlara nəzarət danışıqlarının təcili bərpasının zəruriliyini bəyan edib. O, həmçinin Rusiya Federasiyasının təqsiri ilə deyil, silahlanma sahəsində hüquqi bazanın əhəmiyyətli dərəcədə zədələndiyinə diqqət çəkib.
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Rusiya və ABŞ-ın nüvəsizləşdirilməsinə dair razılığın əldə olunmasının mümkünlüyünə əmin olduğunu bildirib. Prosesə Çinin də cəlb edilməsi planlaşdırılırdı.



Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər