Bütün xəbərlər
Şərqşünas Maslov: "ABŞ və Çin danışıqlardan əvvəl münasibətləri korlamaq istəmir"
Tarix: 10-02-2025 13:37 | Bölmə: Manşet

Asiya və Afrika Ölkələri İnstitutunun direktoru, professor, tarix elmləri doktoru Aleksey Maslov “Rossiya 24” telekanalının efirində bildirib ki, Çin Xalq Respublikası və Amerika Birləşmiş Ştatları danışıqlara hazırlaşır və hələlik münasibətləri korlamaq istəmir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, şərqşünas xatırladıb ki, ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan mallara 10-15% rüsum tətbiq edib, Çin isə buna oxşar cavab verib.
"Tramp 60%-lik rüsumlar tətbiq edəcəyinə söz verib və onun bu rüsumları artırmaq üçün hələ də manevr etmək imkanı var. Düşünürəm ki, bunun minimum səviyyədə həyata keçirilməsi təsadüfi deyil, çünki tərəflər danışıqlara hazırlaşır və münasibətləri vaxtından əvvəl korlamaq istəmirlər", - Maslov bildirib.
Onun fikrincə, ölkələr hələ də bir-birinin cavablarına baxır.
Bundan əvvəl Rusiya-Asiya Sənayeçilər və Sahibkarlar İttifaqının Baş Şurasının katibi Maksim Spasski bəyan etmişdi ki, Çin məhsullarına qoyulan rüsumlar ABŞ-da həyat səviyyəsinin aşağı düşməsinə səbəb olacaq.



Baxış sayı: 210


Bölməyə aid digər xəbərlər