Bütün xəbərlər
Litva Prezidenti Nauseda BRELL ilə əlaqəni kəsdikdən sonra Rusiya və Leninlə vidalaşır
Tarix: 10-02-2025 11:50 | Bölmə: Manşet

Litva prezidenti Gitanas Nauseda SSRİ-nin birinci lideri Vladimir Leninlə vidalaşaraq respublikanın Belarus, Rusiya, Litva, Latviya və Estoniyanın daxil olduğu vahid enerji sistemindən (BRELL) ayrılmasını şərh edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Nauseda vida sözlərini avropalı siyasətçilərin əhatəsində söylədi. O, həmçinin Litvanın BRELL-dən çıxmasını başa çatdırdığını təsdiqləyib.
H.Nauseda sosial şəbəkədə paylaşdığı videoda "Əlvida, Rusiya, əlvida, Lenin" deyib.
Bundan əvvəl Baltikyanı ölkələr BRELL beynəlxalq enerji halqasını tərk ediblər. Bazar günü, fevralın 9-da onların enerji sistemləri Aİ şəbəkəsi ilə sinxronlaşdırıldı. Vahid Enerji Sisteminin Sistem Operatorunun verdiyi məlumata görə, Rusiya və Belarusun enerji sistemləri normal rejimdə işləməkdə davam edir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Baltikyanı ölkələrin qərarını şərh edərək qeyd edib ki, Latviya, Litva və Estoniyanın Belarus və Rusiya ilə elektrik halqasından ayrılması Baltikyanı ölkələrin məhvidir.



Baxış sayı: 61


Bölməyə aid digər xəbərlər