Bütün xəbərlər
"Newsweek": Tramp Putinə üç hədiyyə verdi
Tarix: 09-02-2025 17:01 | Bölmə: Manşet

ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiya lideri Vladimir Putinin xeyrinə ola biləcək bir sıra addımlar atıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  xüsusilə, bu, Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) qarşı sanksiyalara aiddir.
"Tramp administrasiyası Putinə üç böyük qələbə qazandırdı.Haaqa məhkəməsi Putinin həbsinə order verdikdən sonra Tramp ICC-yə sanksiya tətbiq etdi", - Qərb jurnalisti Brendan Koul "Newsweek"dəki məqaləsində "hədiyyə"lərdən biri qeyd edib.
Jurnalist ABŞ-ın Rusiyanın xeyrinə ikinci hərəkəti kimi xüsusi KleptoCapture qrupunu ləğv edən memorandumları adlandırıb. ABŞ-ın əvvəlki prezidenti Co Baydenin dövründə bu qrup Rusiya Federasiyası ilə əlaqəli şəxslərə qarşı sanksiyalarla məşğul olurdu.
Koul bildirib ki, son “hədiyyə” Vaşinqtonun “Rusiyanın gizli təsir kampaniyalarına” qarşı mübarizəsinin sonu olub. ABŞ-ın düşmənləri arasında Rusiya Federasiyasından başqa Çin də var idi.
Bundan əvvəl Tramp “New York Post” qəzetinə müsahibəsində Putinə zəng etdiyini bildirib. Telefon danışığında onların Ukraynadakı münaqişəni müzakirə etdiyi bildirilir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ və Rusiya başçıları arasında danışıq faktını nə təsdiq, nə də təkzib edə bildi.



Baxış sayı: 67


Bölməyə aid digər xəbərlər