Bütün xəbərlər
Rusiya Xarici İşlər Nazirliyi Trampın təhdidlərinə cavab olaraq: BRİKS başqa ölkələrə qarşı yönəlməyib
Tarix: 07-02-2025 20:48 | Bölmə: Manşet

BRİKS ölkələrinin əməkdaşlığı başqa ölkələrə zərər vermək məqsədi daşımır. Rusiya Xarici İşlər Nazirliyi bu barədə ABŞ prezidenti Donald Trampın Amerika bazarını assosiasiyaya üzv ölkələrə bağlamaq barədə bəyanatına cavab olaraq bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, BRİKS-in hərəkətləri yalnız inkişaf etməkdə olan ölkələrin real problemlərinin həllinə dəstək olmaq məqsədi daşıyır.
"BRICS-də əməkdaşlıq heç kimə qarşı yönəlməyib... Bu, onun iştirakçılarının sosial-iqtisadi, innovativ və insan potensialının gücləndirilməsinə yönəlib", - Xarici İşlər Nazirliyinin nümayəndələri "Kommersant" qəzetinə bildiriblər.
Tramp daha əvvəl BRİKS ölkələrinin ortaq valyuta yarada biləcəyindən narahatlığını ifadə etmiş və bu halda idxal rüsumları tətbiq edəcəyinə söz vermişdi. Buna cavab olaraq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov BRİKS üzvlərinin assosiasiyaya ortaq valyuta daxil etməyi planlaşdırmadıqlarını bildirib və o, Trampa gündəmi daha yaxından öyrənməyi tövsiyə edib.



Baxış sayı: 79


Bölməyə aid digər xəbərlər