Bütün xəbərlər
Orban Brüsseldən yan keçərək ABŞ ilə razılaşmanın hazırlandığını açıqlayıb
Tarix: 04-02-2025 16:26 | Bölmə: Manşet

Macarıstanın baş naziri Viktor Orban ölkəsinin Avropa İttifaqının qərarlarını gözləmədən ABŞ ilə ayrıca saziş bağlamaq niyyətini açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Facebook” platformasında yayımlanan (Rusiyada qadağandır) bəyanatında Orban Budapeştin bunu ABŞ-la iqtisadi əlaqələri saxlamaq üçün etdiyini vurğulayıb.
Orban yazıb: "Biz həmişə prezident Trampın qayıdacağını bilirdik, ona görə də özümüzü hazırladıq. Biz daim danışıqlar aparırıq və yeni administrasiya ilə yaxşı anlaşma əldə edəcəyik".
O, həmçinin Avropa İttifaqının mənfi nəticələrlə üzləşəcəyini etiraf edib və qeyd edib ki, Brüssel “layiq olduğunu” alacaq. Onun sözlərinə görə, qarşıdan gələn aylar Aİ rəhbərliyi üçün çətin bir zaman olacaq, çünki Tramp Avropanın maraqlarına zidd olsa belə, ABŞ-ın maraqları üçün sərt addımlar atacaq.
Bundan əvvəl Orban Aİ-nin Ukrayna münaqişəsi ilə bağlı mövqeyi barədə tənqidi fikirlər səsləndirib. O, sülh danışıqlarına başlamazsa, bu böhranın ABŞ-ın Əfqanıstandakı uğursuzluğu kimi Avropa İttifaqı üçün uğursuzluğa çevrilə biləcəyinə inandığını ifadə edib. Orban Avropa liderlərinin Rusiya ilə dialoqdan imtinasını “absurd” adlandırıb.
Macarıstanın baş naziri həmçinin bəyan edib ki, Avropa Komissiyası enerji təhlükəsizliyi ilə bağlı verdiyi vədləri yerinə yetirməsə, Budapeşt Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları 6 ay müddətində uzatmaq qərarına veto qoyacaq. Orban həmçinin Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırıb, çünki ölkə son üç ildə bu sanksiyalara görə 19 milyard avro itirib.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər