Bütün xəbərlər
CBS telekanalı Kamala Harrislə müsahibənin stenoqramını ABŞ səlahiyyətlilərinə təhvil verəcək
Tarix: 02-02-2025 09:30 | Bölmə: Manşet

CBS, keçmiş vitse-prezident Kamala Harris ilə müsahibənin stenoqramını araşdırması çərçivəsində Federal Rabitə Komissiyasına (FCC) təhvil verəcəyini söylədi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  qeyd olunduğuna görə, bu qərar FCC məktubunun telekanala daxil olmasından sonra verilib.
"CBS News" FCC-yə şikayətin mövzusu olan 60 dəqiqə müsahibəsinin stenoqramını və videosunu təqdim edəcək" -media orqanı yazıb.
CBS qeyd edir ki, oktyabrın sonunda ABŞ prezidenti Donald Tramp telekanala qarşı 10 milyard dollarlıq iddia qaldıraraq, medianı Kamala Harrisin müsahibəsini redaktə edərək ictimaiyyəti çaşdırmaqda ittiham edib.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər