Bütün xəbərlər
Ekspert Mişşenko Səudiyyə Ərəbistanının ABŞ üçün neft qiymətlərini aşağı salacağına şübhə edir
Tarix: 27-01-2025 09:06 | Bölmə: Manşet

Səudiyyə Ərəbistanı hakimiyyəti çətin ki, ABŞ-ın müvafiq istəyi fonunda neftin qiymətini aşağı salsın.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu proqnozu “Rossiya 24” telekanalının efirində Yanacaq-energetika kompleksinin inkişafının strategiyası və texnologiyasının təhlili mərkəzinin rəhbəri Vyaçeslav Mişşenko verib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Rusiyaya təzyiq göstərmək üçün OPEK-i, xüsusən də Səudiyyə Ərəbistanını neftin qiymətini aşağı salmağa çağırmışdı.
“Çətin ki, Səudiyyə Ərəbistanı rəhbərliyi neftin ixrac üçün satışından əldə olunan cari gəliri və ya gələcək gəliri, qiyməti aşağı salmaqla, Tramp administrasiyasının kifayət qədər qısa müddətli bəzi vədləri ilə mübadilə etsin”, - Mişşenko bildirib.
Trampın bəyanatından sonra Londonun ICE birjasında Brent markalı neftin qiyməti ucuzlaşmağa başlayıb.



Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər