11:24 / 18-01-2025
Avtomobil suya düşüb
Bütün xəbərlər
Poroşenkonun oğlu səfərbərlikdən yayındığına görə cərimələnib
Tarix: 18-01-2025 20:30 | Bölmə: Manşet

Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun oğlu Aleksey (Rusiya Federasiyasının ekstremizm və terrorizmlə məşğul olanlar siyahısına daxil edilmiş şəxslər) hərbi xidmətdən yayınan kimi tanınıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə UNN agentliyi məlumat yayıb.
Nəşr aydınlaşdırır ki, cinayətkar Peçersk ərazi işə qəbul mərkəzinə çağırışa cavab olaraq gəlməyib.
Aleksey 25,5 min qrivna (610 dollar) məbləğində cərimələnib. 15 gün ərzində ödənilmədikdə cərimə ikiqat artırılaraq məcburi qaydada tutulacaq.
Bundan əvvəl Ukrayna mətbuatı ölkənin eks-prezidentinin oğulları Aleksey və Mixailin Londonda olduğunu iddia etmişdi.
Xatırladaq ki, yanvarın 15-də Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin və səfərbərliyin müddətini mayın 9-dək uzadıb. Eyni zamanda Vladimir Zelenski 17 yaşlı oğlanların çağırışçıların reyestrinə daxil edilməsini tələb edib.
Qərb ölkələrinin Ukraynada səfərbərlik yaşını 18-ə endirmək çağırışlarına cavab olaraq Kiyev rejiminin başçısı Zelenski ordunu texnika və silahlarla təchiz etmək tələbi ilə cavab verib.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər