Bütün xəbərlər
Rusiya Xarici İşlər Nazirliyi Lavrovun Fidanla söhbətinin təfərrüatlarını açıqlayıb
Tarix: 12-01-2025 21:52 | Bölmə: Manşet

Yanvarın 12-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, söhbət zamanı xarici siyasət idarələrinin rəhbərləri müntəzəm, konfidensial dialoqu davam etdirib, Ukrayna ətrafındakı vəziyyətə xüsusi diqqət yetirməklə müxtəlif beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparıblar. Onlar enerji təhlükəsizliyinə risk yarada biləcək hərəkətlərin qarşısının alınmasının vacibliyini vurğulayıblar.
Bundan əlavə, Sergey Lavrov və Hakan Fidan Suriyada sülh yolu ilə nizamlanmaya dəstək üçün gələcək addımları müzakirə ediblər. Onlar ölkənin bütün siyasi və etno-konfessional qüvvələrini, eləcə də müvafiq razılaşmaların axtarışında iştirak etməyə hazır olan bütün “xarici oyunçuları” cəlb etməli olan inklüziv milli dialoqun təşkilinin vacibliyini qeyd ediblər.



Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər